Sosial şəbəkədə biz:

İNTERAZ TELEVİSİYASI MİLLİ MƏCLİSƏ NİYƏ GİRƏ BİLMİR? - AKREDİTASİYA, YOXSA  BAŞQA PROBLEM...

16 February 2017, 17:42
Gündəm
Azinforum.az-ın əldə etdiyi məlumata görə, İnterAz telekanalının Milli Məclisdən reportajlar hazırlamasında problemlər yaranıb. Milli Məclisdə akreditasiya olunan digər jurnalistlər də bildirir ki, kanalın təmsil olunduğu  media holdinqə aid olan digər  KİV-lər də  bir necə dəfədir ki, anoloji problemlərlə rastlaşır. Bəzi mənbələrin verdiyi məlumata görə, yaranan vəziyyətin kökündə sözügedən KİV-lərin Milli Məclisdə təmsilçiliklə bağlı olan akreditasiyasının ləğvi dayanır.  Bildirilir ki, İnterAZ telekanalı anoloji problemlərlə digər mötəbər rəsmi qurumlarda da üzləşib. Hətta telekanalın əvvəlki qaydada olaraq, mühüm rəsmi tədbirlərə dəvət olunmadığı vurğulanır. Azinforum.az yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Milli Məclis rəsmisi Qərənfil Mansurova ilə əlaqə saaxlayıb. O, saytımıza bildirdi ki,  sözügedən media holdinqə aid olan - SalamNews və İnterAZ -ın Milli Məclisə buraxılmaması akreditasiyanın ləğvi ilə bağlı deyil: "Hər il media qurumları akrediatasiya ilə bağlı bizə yenidən müraciət edir. Sözügedən media qurumları builki müraciətlərini gecikdirdiyi səbəbindən belə vəziyyət yaranıb". İnterAZ telekanalına etdiyimiz zəngə isə qəribə cavab verildi. Dəstəyi bir neçə nəfərə ötürdükdən sonra, nəhayət bir nəfər bu məlumatın həqiqətə uyğun olmadığını bildirdi. Ancaq maraqlıdır ki, dəfələrlə təkid etsək də, kim olduğunu bildirmədi. Vidadi Azinforum.az