Sosial şəbəkədə biz:

Tramp gileyləndi: Obama özündən sonra "tör-töküntü" qoyub

17 February 2017, 09:52
Gündəm
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əvvəlki prezident Barak Obamadan ona ölkənin daxilində, eləcə də beynəlxalq arenada "tör-töküntü" qalıb. Bu barədə Tramp CNN telekanalı ilə yayımlanan mətbuat konfransında deyib. Tramp bildirib: "Bildiyiniz kimi, administrasiyamıza hökümətdə, eləcə də iqtisadiyyatda çoxsayda problem miras qalıb". Daha sonra ABŞ prezidenti əlavə edib: "İstər evin içində, istər xaricdə tör-töküntüdür - iş yerləri ölkədən çıxır, aşağı əmək haqqı, Yaxın Şərq, Şimali Koreya, hara baxırsan bax, özbaşınalıqdır. Biz bunun hamısını qaydaya salacağıq".(Trend)