Sosial şəbəkədə biz:

Seyran Ohanyan: "Mən xalqın əksər hissəsi kimi, Ermənistan hakimiyyətinə qarşıyam"

17 February 2017, 15:28
Gündəm
“Mən xalqın əksər hissəsi kimi, Ermənistanda bugünkü hakimiyyətin əleyhinəyəm”. Azinforum.az - ın “news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, “Ohanyan-Raffi-Oskanyan” blokunun liderlərindən olan Seyran Ohanyan deyib. O bildirib ki, Ermənistan prezidenti ilə heç bir problemi yoxdur: “Sadəcə, bizim idarəçiliklə bağlı fərqli görüşlərimiz var”. O bildirib ki, təmsil etdiyi bloka qarşı hakimiyyət tərəfindən informasiya kampaniyası aparılır. Keçmiş nazir bu kampaniyaya müxtəlif xadimlərin, KİV-in, hətta partiya və blokların da cəlb olunduğunu bildirib.