Sosial şəbəkədə biz:

Türkiyənin satirik jurnalı bağlandı - Musa peyğəmbəri təhqir etdiyinə görə

17 February 2017, 23:30
Gündəm
Türkiyənin satirik jurnalı bağlanıb. Trend-in məlumata görə, Türkiyənin məşhur "Qırqır" satirik jurnalının son buraxılışında Musa peyğəmbəri təhqir edən karikatura dərc olunmuşdu. Sosial mediada bu karikatura böyük söz-söhbətə səbəb olmuşdu. Jurnalı nəşr edən şirkət bu gün dərginin fəaliyyətinə son qoyulması və işçilərin redaksiyadan qovulması barədə açıqlama yayıb. Açıqlamada o da qeyd olunur ki, sözügedən karikatura şirkətdən xəbərsiz son anda çapa verilib: "Bununla bağlı məhkəməyə müraciət olunacaq".