Sosial şəbəkədə biz:

Türkiyədə azərbaycanlı İŞİD üzvləri məhkəmə qarşısına çıxarılacaq - VİDEO

18 February 2017, 17:29
Gündəm
Türkiyənin Bursa şəhərində xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 105 nəfər saxlanılıb. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların arasında 3 azərbaycanlı. 46 türk, 51 suriyalı, 4 türkmən və 1 rusiyalı var. İstintaq saxlanılanlardan 44-nün İŞİD-lə əlaqəli olduğunu sübuta yetirib ki, 3 azərbaycanlı da onların arasındadır. Təqsirləndirilənlər məhkəmə qarşısına çıxarılacaq.