Sosial şəbəkədə biz:

Ombudsman martın 7-də Milli Məclisdə son illik hesabatını təqdim edəcək

20 February 2017, 12:40
Gündəm
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın fəaliyyəti ilə bağlı illik hesabatının tarixi məlum olub. Milli Məclisdən APA-ya verilən məlumata görə, Ombudsman E. Süleymanova martın 7-də parlamentdə illik hesabatını təqdim edəcək. Qeyd edək ki, Azərbaycan Konstitusiyasına və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna görə Ombudsman 7 ildən bir seçilir və bu ilin martında E. Süleymanovanın fəaliyyət müddəti başa çatır. Bu onun 7 illik səlahiyyət müddətinin sonuncu illik hesabatı olacaq. E. Süleymanovanın növbəti müddət üçün namizədliyinin verilməyəcəyi bildirilir.