Sosial şəbəkədə biz:

İğdırdan Naxçıvana gedən avtobusda ölən azərbaycanlılar var - DƏHŞƏTLİ QƏZA

20 February 2017, 13:10
Gündəm
İğdırda dəhşətli yol qəzası baş verib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə İğdırdan Naxçıvana gedən yolda qeydə alınıb. İki sərnişin avtobusu toqquşub. 7 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirlir. Hadisə yerinə çox sayda ambulans və xilasedici cəlb edilib. Nəqliyyat vasitələrində sıxışıb qalan insanların olduğu qeyd edilir. İğdır Dövlət Xəstəxanasından APA TV-yə verilən məlumata görə, ölən və yaralananlar arasında 6 Azərbaycan vətəndaşı var. Onlardan ikisi sürücülər, 4 nəfəri isə sərnişindir. Ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.