Sosial şəbəkədə biz:

Azərbaycanda 3 məhkum dünyasını dəyişib

22 February 2017, 11:50
Gündəm
Azərbaycanda son bir neçə gündə daha 3 məhkum dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Ölən məhkumlar orada müalicə alan 1939-cu il təvəllüdlü Arif Zeynəddin oğlu Mahmudov, 1962-ci il təvəllüdlü Əli Cəlal oğlu Məmmədov və 1958-ci il təvəllüdlü Elmixan İbrahim oğlu Bagiyevdir. Məlumata görə, Arif Mahmudov ömürlük məhkum olub.