Sosial şəbəkədə biz:

Ramil Usubov özünə yeni müşavir təyin edib

23 February 2017, 22:08
Gündəm
Bir müddət əvvəl xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi polis general-mayoru Sərvər Mehrəliyev daxili işlər naziri Ramil Usubovun müşaviri təyin edilib. Bunu "Report"un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. E.Zahidovun sözlərinə görə, polis general-mayoru Sərvər Mehrəliyevin uzun müddət xidmətdə göstərdiyi peşəkarlıq nəzərə alınaraq o, yeni vəzifəyə təyin olunub. İdarə rəisi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini polis general-mayoru Həsən Şirinovun təqaüdə göndərilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "O, təqaüdə göndərilməyib, rəis müavinidir və fəaliyyətini davam etdirir".