Sosial şəbəkədə biz:

Azərbaycanda bir gündə 101 nəfər həbs edildi

23 February 2017, 22:18
Gündəm
Ötən gün Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 52-si “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 52 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 101 nəfər tutulub.