Sosial şəbəkədə biz:

Azərbaycanda güclü külək olacaq - Xəbərdarlıq

24 February 2017, 13:17
Gündəm
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 2-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında Fevralın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Fevralın 26-dan 27-dək Abşeron yarımadasında meteoroloji amillərin qısa müddətdə təzadlı tərəddüdü və gündüz güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir. Xəbərdarlıq Bakıda və Abşeron yarımadasında fevralın 26-sı gündüzdən 27-si səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Azərbaycanın rayonlarında isə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Küləkli hava şəraiti fevralın 27-si səhərədək davam edəcək.