Sosial şəbəkədə biz:

"Statistika dairəsi"ndə yenə tıxac - Səbəb zəncirvari qəza

28 February 2017, 12:36
Gündəm
Səhər saatlarında Bakıda zəncirvari qəza tıxaca səbəb olub. Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində, Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə baş verib. "Jeep", "Mercedes" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində dairədə tıxac yaranıb və hazırda ərazidə avtomobillərin hərəkəti çətinləşib. Əraziyə Yasamal və Nəsimi rayon Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Yol polisinin iştirakı ilə avtomobillərin ərazidən uzaqlaşdırılması istiqamətində tədbirlər görülür.