Sosial şəbəkədə biz:

Yasamalda iki narkoman öldü

28 February 2017, 15:38
Gündəm
Bakıda yüksək dozada narkotik qəbul edən şəxslər ölüb. APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Şahbazi küçəsi ev 100, mənzil 16 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən Rauf Ələkbərova məxsus evə qonaq gələn tanışları - 1975-ci il təvəllüdlü Emil Söhrab oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Seymur Fərrux oğlu Baxmanov yüksək dozada narkotik qəbul ediblər. Nəticədə hər iki şəxs dünyasını dəyişib. Ev sahibi R.Ələkbərov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.