Sosial şəbəkədə biz:

Əmək pensiyalarının baza hissəsi ləğv olunur

28 February 2017, 20:35
Gündəm
Azərbaycanda əmək pensiyalarının baza hissəsi ləğv olunur. “Report”un xəbərinə görə, bu, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Bunun əvəzində minimum pensiya məbləği 110 manat təyin ediləcək. 1992-ci ilin yanvarın 1-nə qədər pensiyaya çıxan vətəndaşların kompensasiyasını dövlət ödəyəcək. 2006-cı ilə qədər çıxanların kompensasiyasını isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək. 2006-cı ildən sonr bu vəsaitlər sərbəst toplanaraq hesablanacaq.