Xuraman Vəfa: “Bu mədəniyyətimizə, ədəbiyyatımıza hörmətsizlikdir”
Simsar.az xəbər verir ki, şairə, publisist Xuraman Vəfa “Azəravtoyol” ASC tərəfindən paytaxtın İnşaatçılar prospektində, “Statistikadairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlinin sökülməsini pisləyib: "M.Müşfiq Azərbaycanda həmişə sevilən şairdir. Bu hadisə bizim mədəniyyətimizə, ədəbiyyatımıza hörmətsizlikdir. Mən Mikayıl Müşfiq mükafatı almışam, ona həsr etdiyim şeirlərim var. Xalqın şairinə qarşı bu cür hörmətsizlik qəbuledilməzdir".