Sosial şəbəkədə biz:

Nazirlik 100 manatlıq cərimə xəbərini təkzib etdi

01 March 2017, 11:16
Gündəm

Vergilər Nazirliyi bir sıra kütləvi informasiya vasitələrində vergi ödəyicilərinə nazirliyin göndəridiyi SMS-lərin oxunmamasına görə vergi ödəyicilərinə 100 manat məbləğində cərimə tətbiq edilmsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov bildirib ki, KİV-lərdə yayılan xəbərlər özündə heç bir həqiqəti əks etdirmir: “Bu, yanlış informasiyadır, belə bir şey yoxdur. Dərc etməzdən əvvəl mətbuat nümayəndələrindən xəbəri dəqiqləşdirmələrini xahiş edirik”.