Sosial şəbəkədə biz:

Sabirin məşhur şeiri Mahsunun filmində... - Video

04 March 2017, 19:07
Gündəm
Məşhur müğənni və rejissor Mahsun Qırmızıgülün qalmaqallı filmində Mirzə Ələkbər Sabirin "Qorxuram" şeiri səsləndirilib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə "Vəzir barmağı" filmindən paylaşılan kadrda aktyorların Sabirin şeirini ifa etdiyi görünür. Maraqlıdır ki, "Harda müsəlman görürəm, qorxuram!..." misrası filmdə səsləndirilməyib. Şeir Türkiyə türkcəsinə tərcümə olunub. "Qafqazinfo" sözügedən şeiri hər iki dildə təqdim edir: Aybalaaaam Şafak vakti düşirem ben Çöllere bala çöllere bala çöllere Kükremiş aslan görirem Kan giyen sırtlan görirem Dalgalı umman görirem Cin görirem can görirem Mezerde hortlak görirem Bin türlü tufan görirem Gullibi yaban görirem korkmirem Korkmirem bala korkmirem   Aybalaaaam Bu korkmamazlığım ile Vallahi bala billahi bala tillahi bala Harda bir yobaz görirem Harda bir softa görirem Harda bir molla görirem Korkirem bala korkirem bala korkirem Korkirem bala korkirem Dalgalı fikirlerinden Riyakâr zikirlerinden Korkirem bala korkirem bala korkirem. Korkirem bala korkirem *** Şeirin orijinalı Payi-piyadə düşürəm çöllərə, -- Xari-müğilan görürəm, qorxmuram. Seyr edirəm bərrü biyabanları, -- Quli-biyaban görürəm, qorxmuram. Gah oluram bəhrdə zövrəqnişin, -- Dalğalı tufan görürəm, qorxmuram. Gah çıxıram sahilə, hər yanda min Vəhşiyi-ğürran görürəm, qorxmuram. Gah şəfəq tək düşürəm dağlara, -- Yanğılı vulkan görürəm, qorxmuram. Gah enirəm sayə tək ormanlara, -- Yırtıcı heyvan görürəm, qorxmuram. Üz qoyuram gah neyistanlara, -- Bir sürü aslan görürəm, qorxmuram. Məqbərəlikdə edirəm gah məkan, -- Qəbirdə xortdan görürəm, qorxmuram. Mənzil olur gah mənə viranələr, -- Cin görürəm, can görürəm, qorxmuram. Xarici mülkündə də hətta gəzib Çox tuhaf insan görürəm, qorxmuram. Bu küreyi-ərzdə mən, müxtəsər, Müxtəlif əlvan görürəm, qorxmuram. Leyk, bu qorxmazlıq ilə, doğrusu, Ay dadaş, vallahi, billahi, tallahi, Harda müsəlman görürəm, qorxuram!.... Bisəbəb qorxmayıram, vəchi var: Neyləyim axır, bu yox olmuşların Fikrini qan-qan görürəm, qorxuram, Qorxuram, qorxuram, qorxuram!....