Sosial şəbəkədə biz:

Xaləddin İsgəndərov “Binəqədi” qəzetini bağladı

06 March 2017, 13:17
Gündəm
Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan “Binəqədi” qəzeti bağlandı. Gununsesi.info-ya daxil olan məlumata görə əvvəllər həftədə bir dəfə, 2015-ci ilin oktyabır ayından isə ayda iki dəfə çıxan “Binəqədi” qəzeti rəsmi olara fəaliyyəti dayandırıb. Məlumatda bildirilir ki, artıq redaksiyada “təhvil- təslim” işləri gedir: “Yəni, İcra Hakimiyyətinin işçiləri bu gün səhər saatlarında redaksiyaya gələrək orda olan avadanlıqları yığışdırıb aparıblar”. Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan “Binəqədi” qəzeti 2013-cü ilin yanvar ayında 12 illik fasilədən sonra fəaliyyətini bərpa etmişdir.