Sosial şəbəkədə biz:

Naxçıvanda bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb

07 March 2017, 14:49
Gündəm
Naxçıvanda bir ailənin üç üzvü dəm qazından boğulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 6-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan Məleykə Seyidova, gəlini Sahibə və nəvəsi Səttar, Qubustan şəhərində yaşayan Aidə Əlverdiyeva evlərində dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır.