Sosial şəbəkədə biz:

“İmtahan ödənişləri arta bilər” - DİM sədrindən daha bir açıqlama

07 March 2017, 17:45
Gündəm
“Gələcəkdə qəbul imtahanlarının daha da mürəkkəbləşməsi imtahanda iştirak üçün ödənişlərin artırılmasına təsir göstərə bilər”. “ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. M.Abbaszadə bildirib ki, növbəti illərdə qəbul imtahanları üçün müəyyənləşdirilmiş ödənişin məbləğində dəyişiklik ola bilər: “Bu daimi prosesdir və Tarif Şurası tərəfindən bu məsələ daim diqqətdə saxlanılacaq”. DİM-in sədri vurğulayıb ki, bəzi şəxslər qəbul imtahanını bir növ oyuncağa çevirmişdilər və imtahanların ödənişli təyin edilməsi bu məsuliyyətsizliyi aradan götürəcək.