“Bahar ölkəmizə martın 20-də qədəm qoyacaq” – XIDIR MİKAYILOV
“Bu il bahar ölkəmizə mart ayının 20-si saat 14:28 – dəqiqədə qədəm qoyacaq”.
Bunu hafta.az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib. Direktor müavininin sözlərinə görə, Baharın ölkəmizə qədəm qoymasının illərarası məsafəsi təqribən 5 saat 48 dəqiqədir:
“Beş saat 41 dəqiqə ilə beş saat 48 dəqiqə arasında dəyişir. Bahar hər il eyni vaxtda ölkəmizə qədəm basmır. Ötənilki vaxtla bu il baharın gəlişi arasında 5 saat 48 dəqiqə interval var”.