Sosial şəbəkədə biz:

Hafiz Məmmədovun müflis olması prosesi başlayır

İyulun 13-də Böyük Britaniyadakı Vircin adalarının kommersiya məhkəməsində “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin “Baghlan Group Limited” şirkətinə qarşı məhkəmə iddiasına açıq baxışına başlanılacaq. Bu barədə fins.az “Turan”a istinadən xəbər verir. Cavabdehin təsisçisi Azərbaycan vətəndaşı, biznes dairələrində “Hafka” kimi tanınan Hafiz Məmmədovdur. 2012-ci ildə isə “Baghlan Group Limited” “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin iştirakı ilə Kayman fond birjasında 150 milyon dollarlıq istiqrazlar yerləşdirib. Qiymətli kağızlar bu ilin yayına qədər tam ödənilməli olsa da, Hafiz Məmmədov bu məsələni həll edə bilməyib. Bu arada “Baghlan Group Limited” şirkəti ona ləğvedici təyin edilməsi barədə yerli məhkəməyə vəsatət verilib. Vəsatət məhkəməyə bu il, iyunun 17-də daxil olub. “Baghlan Group Limited” Azərbaycanın “Bahar” və “Qum dəniz” yataqlarını işləyən “Bahar Energy Ltd.”nin səhm paketinin sahibi olub. Amma 2014-cü ildə şirkət maliyyə problemi üzündən bu paydan məhrum olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol