Sosial şəbəkədə biz:

Miloş Zeman yenidən Çexiya prezidentliyinə namizəd olacaq

10 March 2017, 08:43
Gündəm
Çexiya prezidenti Miloş Zeman 2018-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib. “Qərara almışam ki, Çexiya prezidenti vəzifəsinə namizədliyimi irəli sürüm”, - virtualaz.org bildirir ki, Zemanın bu sözlərini yerli “Lidovsky” qəzeti dərc edib. Çexiyada prezident seçkiləri 2018-ci ilin əvvəllərində baş tutacaq. 2013-cü ilin seçkilərində Miloş Zeman yalnız ikinci turda 54,8% səslə qalib gələ bilmişdi.