Sosial şəbəkədə biz:

Yaralı tələbələrdən birinin vəziyyəti ağırdır

10 March 2017, 10:53
Gündəm

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan 14 tələbən 5-i evə buraxılıb.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Nazirlik rəsmisi bildirib ki, hazırda Sumqayıt Şəhər Xəstəxanasında 9 tələbə müayinə olunur. “Müəyyən müayinələrdən sonra onlardan bir neçəsinin evə buraxılacağı gözlənilir Sumqayıtla yanaşı 1 saylı Kliniki Tibbi Mərkəzdə üç tələbə həkim nəzarətindədir. Onlardan ikisi oğlan, biri qızdır. Tələbə Lalə Nəsirzadənin vəziyyəti ağırdır. O, hazırda komadadır”. Qeyd edək ki, ötən gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 5-i dünyasını dəyişib.