Bayram Vəliyevin səhhəti ağırlaşdı - “Pulunu verib oturub”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses təxirə salınıb.
Buna səbəb təqsirləndirilənlərdən biri, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevin səhhətinin ağır olması göstərilib. Hakim bildirib ki, B.Vəliyev müalicə olunduğu üçün məhkəməyə gətirilməyib.
Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov iclasın təxirə salınmasına etiraz edib: “Onun müalicəsi bir ay da çəkə bilər. O, pulunu verib oturub, biz gəlib-gedirik”.
Məhkəmə prosesi martın 15-də davam etdiriləcək.