Sosial şəbəkədə biz:

Yol polisinin oğlu yol qəzasında öldü

12 March 2017, 16:16
Gündəm
Bu gün Xaçmazın Xudat şəhəri ərazisində, Xudat-Nabran yolunun 3-cü kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un xəbərinə görə, "VAZ-2106" markalı avtomobil ilə bazarlıq edərək evə gələn sürücü. 2001-ci il təvəllüdlü Asim Vahid oğlu Əmirovu traktor vurub. Hadisə o, maşını yol kənarında saxlayaraq yükləri evinə daşıyan zaman baş verib. Məmmədağa Quliyevin idarə etdiyi traktor gənci divara sıxışdırıb. Hadisə yerində ölən Asim Əmirov Səbail DYP əməkdaşı Vahid Əmirovun oğludur. Hazırda mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə aparılıb və yerli polis şöbəsinin əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.