Sosial şəbəkədə biz:

Bakıda polis zabiti restoranda öldü

15 March 2017, 14:33
Gündəm
Paytaxtda restoranda ölüm hadisəsi baş verib.Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb. Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir. R.Abbasov təqaüddə olan polis zabitidir. Faktla bağlı araşdırma aparılır.