Sosial şəbəkədə biz:

Səudiyyədə Qadınlar Şurasının ilk iclası - Qadınlarsız keçdi

15 March 2017, 16:39
Gündəm
Səudiyyə Ərəbistanında Qadınlar Şurasının ilk iclasından çəkilmiş foto böyük marağa səbəb olub.Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iclas qadınların iştirakı olmadan 13 kişi ilə keçirilib. BBC-nin xəbərinə görə, qadınlar başqa otaqda olublar və kişilərlə videogörüntü vasitəsilə əlaqə saxlayıblar. Qadınlar Şurasının yaradılması təşəbbüsü isə Əl-Kassim əyalətinin qubernatoru, şahzadə Feysal bin Mişal bin Sauda məxsusdur: “Kassim regionunda biz qadınlara bacı kimi baxırıq. Qadınlara və qızlara daha çox imkanlar açmaqla bağlı üzərimizdə məsuliyyət hiss edirik”.