Xatırladaq ki, Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Y.Qocayev hadisə yerində ölüb. Hadisə ilə bağlı 3 nəfər tutulub. Azinforum.az “Qafqazinfo”ya istinadən həmin şeiri oxuculara təqdim edir: Oğluma sonuncu layla: Mən səni qorudum uşaqlığından, Mən səni qorudum cavanlığından, Qorudum səni mən baba olunca Demirəm izlədim, gəzdim dalınca... Bu sözü atalar deyib əzəldən: “Ac qarın özünü verər qılınca”. Bəlkə yaxşı ata ola bilmədim Səni öz əlindən ala bilmədim. Sən öldün, amma mən ölə bilmədim. İndi yaşayıram qalan vaxtımı. Yaşamaq...Yəni bu yaşamaqdımı?...