Sosial şəbəkədə biz:

İstanbulda “Reina”ya bənzər terakt törətmək istəyənlər saxlanıldı

16 March 2017, 21:01
Gündəm
İstanbulda “Reina” qətliamına bənzər terror aktı hazırlamağa çalışan İŞİD-in 2 üzvü saxlanılıb.Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərdə 2 ədəd Kalaşnikof və 500 mərmi tapılıb. Hər iki şəxsin “Reina”nı törədən Əbdülqədir Maşaripovla əlaqəsi olduğu bildirilir. Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb. Teraktı törədən Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov həbs olunub.