Sosial şəbəkədə biz:

Artur Rasi-zadə parlamentə hesabat verməyə gəlib

17 March 2017, 12:24
Gündəm
Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası öz işinə başlayıb. İclasda hökumətin hesabatı ilə əlaqar baş nazir Artur Rasi-zadənin rəhbərliyi ilə Nazirlər Kabinetinin üzvləri iştirak edir. Spiker baş naziri və bütün iştirakçıları salamladıqdan sonra 2016-cı illə bağlı hesabatın vaxtında parlamentə daxil olduğunu deyib. Spiker həmçinin Azərbaycan iqtisadiyyatının ötənilki durumu ilə bağlı məlumat verrdi. O.Əsədovun sözlərinə görə, Azərbaycan işgüzar mühitin durumuna görə 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Parlamentin sədri bildirdi ki, ötən il infrostruktur layihələrin həyata keçirilməsi üçün 15 milyard manat vəsait sərf olunub. Daha sonra söz A.Rasi-zadəyə verildl. musavat.com