Sosial şəbəkədə biz:

Kreditor borcları 78 dəfə artıb

18 March 2017, 16:49
Gündəm
"Bakelektro" ASC 2016-cı ildə aktivlərini təxminən 2 dəfə artıraraq 17 mln. 694,424 min manata çatdırıb. Şirkətin hesabatına əsasən, uzunmüddətli aktivlərin məbləği 5 mln. 293,723 min manat, qısamüddətli aktivlərin məbləği isə 12 mln. 400,701 min manat təşkil edib. Cari ilin yanvarın 1-ə şirkətin 1 mln. 587,281 min manatlıq uzunmüddətli debitor borcları var. Şirkətin cəmi öhdəlikləri 17 mln. 484,699 min manat təşkil edir. 2015-ci ilin yekunlarına əsasən, bu göstərici 8 mln. 429,240 min manat olub. Beləliklə, il ərzində şirkətin öhdəlikləri 2,1 dəfə artıb. Uzunmüddətli öhdəliklərin məbləği 13 mln. 531,988 min manat, qısamüddətli öhdəliklərin məbləği isə 3 mln. 952,711 min manatdır. Şirkətin qısamüddətli kredit borclarının məbləği il ərzində 78 dəfə artaraq 3 mln. 952,711 min manata çatıb. ASC-nin nizamnamə kapitalı 7% azalaraq 61,608 min manata çatıb. Şirkətin məcmu kapitalı 209,725 min manatdır ki, bu da illik müqayisədə 35%-lik azalma deməkdir. "Bakelektro" ötən ili 1 mln. 143,735 min manatlıq mənfəətlə başa vurub. Hər səhm üzrə mənfəət 371,294 min manat təşkil edib. (Femida.az)