Sosial şəbəkədə biz:

Ucarda Qarabağ əlili intihar etdi

18 March 2017, 21:23
Gündəm
Ucarda intihar hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında baş verib. Rayon sakini, II qrup Qarabağ müharibəsi əlili 1964-ci il təvəllüdlü Ələmdar Hüseyn oğlu Bayramovun asılmış meyiti yaşadığı evin yaxınlığında yerləşən istifadəsiz çörəkbişirmə sexində aşkar olunub. Onun meyiti Məhkəmə Tibbi Ekspertiziya və Patoloji Anatomiya Birliyinin Ucar rayon Şöbəsinə gətirilib. Ə. Bayramov rayonda baytar həkimi kimi fəaliyyət göstəririb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(apa)