Sosial şəbəkədə biz:

Ötən ildə övladlığa götürülən uşaqların statistikası - Rəsmi

18 March 2017, 21:44
Gündəm
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2016-cı ildə 402-si oğlan, 371-i isə qız olmaqla 773 uşaq övladlığa götürülüb. Dövlət Statistika Komitəsindən bildiriblər ki, övladlığa götürülmüş uşaqların 45,4 faizini üç yaşa qədər, 20,7 faizini 3-5 yaşlı, 19,7 faizini 6-10 yaşlı, 14,2 faizini isə 11-17 yaşlı uşaqlar təşkil edib. Bu dövr ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onlardan da 7-si qızdır. Ötən il Azərbaycan Respublikasının məhkəmələri tərəfindən 63 uşağın övladlığa götürülməsi barədə qərarlar ləğv edilib.