Sosial şəbəkədə biz:

"ETA" terror təşkilatından açıqlama — Silahı yerə qoyuruq

18 March 2017, 23:25
Gündəm
Fransa və İspaniyadakı Bask ölkəsinin müstəqilliyi üçün mübarizə aparan "ETA" terror qruplaşması açıqlama verib. Qruplaşma 8 aprel tarixindən etibarən təktərəfli və şərtsiz şəkildə silahı yerə qoyacağını bəyan edib. İspaniya hökuməti bu iddiaya "ETA iki iş görməlidir: silahı yerə qoymaq və özünü ləğv etmək" - açıqlamasını verib. İspaniya hökumətinin mətbuat katibi İniqo de Mendez de Viqo deyib: "Hökumət bu xəbərə ehtiyat və təmkinlə yanaşır. 2011-ci ilin dekabr ayından bu yana hökumətin "ETA" ilə bağlı mövqeyində dəyişiklik yoxdur. Təşkilat silahı buraxmalı və özünü ləğv etməlidir. Bu ispanların əksəriyyətinin arzusudur." (Ölkə.Az)