Sosial şəbəkədə biz:

Bakıda iki qız oğurlandı

20 March 2017, 14:27
Gündəm
Gün ərzində Bakıda iki qız oğurlanıb. Paytaxtın Səbail rayon Polis idarəsindən bildirildiyinə görə, 23 yaşlı Ü.S.-in (etik səbəblərdən ad açıqlanmır) valideynləri hüquq-mühafizə orqanlarına müraciət edərək, qızlarının naməlum gənc tərəfindən oğurlandığı barədə məlumat veriblər. Eyni zamanda, Nizami rayon Polis idarəsindən bildirilib ki, 16 yaşlı məktəb şagirdi A.Q.-nin valideynləri qızlarının Qara Qarayev prospektində naməlum gənc tərəfindən oğurlandığı barədə ərizə ilə müraciət ediblər. (1news.az)