Sosial şəbəkədə biz:

Mir Camal Paşayev "PAŞA Bank"ın sədri seçildi

"PAŞA Bank" ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub.
Bu vəzifəyə Mir Camal Paşayev təyin olunub. Ondan öncə bu vəzifəni Ağa-Əli Kamalov tutub.
Müşahidə Şurasında daha bir dəyişiklik ondan ibarətdir ki, Arif Paşayev Şuranın üzvlüyündən çıxarılıb.
Hazırda bankın Müşahidə Şurasının üzvləri bunlardadır: Fərid Axundov, Vadim Şneyer, Nəriman Sərdarlı, Kəmalə Nuriyeva.
İdarə Heyətinin sədri Taleh Kazımovdur. İdarə Heyətinin üzvləri Emil Hacıyev, Şirin Əliyeva və Aydın Atakişiyevdir.
Bankın səhmdarları iki hüquqi şəxs: "PAŞA Holding Ltd." (60%), "Ador Ltd." (30%) və bir fiziki şəxs: Arif Paşayevdir (10%) (APA).


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol