Sosial şəbəkədə biz:

Məşhur kosa müflis oldu - FOTOLAR

21 March 2017, 11:38
Gündəm
Azərbaycanın milli bayramı sayılan Novruzun atributlarından olan Kosa obrazının ifaçısı Qafar Novruzlu təəssüratlarını Yeniçağ.az-la bölüşüb. Kefsiz olduğunu deyən Kosa bazarının bağlandığından şikayətlənib. – Mən əsrin kosasıyam, çox bayramlar yola vermişəm. Yaxşı günlərimiz çox olub. Amma indi vəziyyət elə də ürəkaçan deyil. Yalan nə deyim. İldən-ilə Novruz bayramını cılızlaşdırıblar. Camaatda heç bayram əhval-ruhiyyəsi yoxdur, buna görə mənim də əhvalım yüksək deyil. – Niyə, nə olub ki, xurcunu doldurmurlar daha? – Ay rəhmətliyin qızı, camaat özünü güclə dolandırır, kimdir bizə pay verən? Çəkilişlərə gedirəm, studiyada Allahın bir xonçası da yoxdur. – İndiyə qədər xurcununuza qoyulan ən maraqlı hədiyyəniz nə olub? – İki yumurta. – Heç xurcuna pul qoyanlar olur? – Camaat özü pul tapmır, kimdi bizə pul verən? – Bəs nə vaxt xurcuna pul qoyurlar? – Əvvəllər verirdilər, dollar da, manat da. Ən çox qazandığım məbləğ 200 manat olub. Amma indi dolların üzünü televizorda görürük. – Onu kim vermişdi? – O məslək sirridir. – Heç sizi təhqir edənlər olub? – Yox, yalnız meydan oyunlarında bir-birimizlə güləşmişik. Bilirsiniz ki, mən Ulu Öndərin ən sevimli kosası olmuşam. O, mənə dəyər verirdi, onunla yumurta döyüşdürmüşəm. Bir də Prezidentimlə yumurta döyüşdürmüşəm. – Heç rəqibiniz var? – Dərdimi təzələmə, indi bizi sayan yoxdur. Klonlar çörəyimizi əlimizdən alıblar. Bayram günü bizim personajların geyimində olurlar. Qalmışıq ortalıqda, çörək ağacımızı əlimizdən alıblar. – Bəlkə diqqət çəkmək üçün bir qədər müasirləşəsiniz, onda bazarınız da olar? – “Skayp”ım var, arada yazışıram. Amma “Vatsap”dan-zaddan başım çıxmır, mən qədimdənqalma kosayam.