Sosial şəbəkədə biz:

Qaçaqmalçılar Azərbaycana keçməyə cəhd göstəriblər - Dəniz yolu ilə

21 March 2017, 15:42
Gündəm
Rusiyalı sərhədçilər Rsiyadan Azərbaycana qanunsuz yolla keçirilən tütün məmulatlarını nəzarətə götürüblər. “ Azinforum.az ” ın Oxu.Az-a istinadən məlumatına görə, bu haqda Dağıstan Respublikası üzrə Rusiya Federal Təhlüksizlik Xidmətinə xəbər daxil olub. “Dərbənd şəhərindən cənub-şərqdə dənizdə göyərtəsində iki Rusiya vətəndaşı olan və Azərbaycana istiqamətlənən gəmi aşkarlanıb. Sərhəd xidmətinin əməkdaşlarının gəminin sənədlərinin yoxlanılması üçün qanuni tələblərinə baxmayaraq, onlar gəmini saxlamayıblar”, - mənbə deyib. Nəşrin sözçüsünün məlumatına əsasən, qaçaqmalçılar suya qara paketlərdə qutular atmağa başlayıblar. Qutularda Rusiya Federasiyasının aksiz markası olmadan 3 min “NZ gold compact” markalı siqaret bloku aşkarlanıb.