Sosial şəbəkədə biz:

Putin: "Rusiya hərbi ixracının həcmi 15 milyard dolları ötüb"

23 March 2017, 10:20
Gündəm
2016-cı ildə Rusiyadan hərbi məhsulların ixrac həcmi 15 milyard dolları ötüb. "Report" xəbər verir ki, bu barədə xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq məsələləri üzrə komissiyanın iclasında Rusiya prezidenti Vladimir Putin məlumat verib. "Ötən ilin yekunu üzrə Rusiya dünyada hərbi ixrac həcmi üzrə ikinci yeri əminliklə özündə saxlayır: ötən il o, 15 milyard dolları ötüb", - deyə Kremlin mətbuat xidməti prezidentin sözlərini sitat gətirib.