Sosial şəbəkədə biz:

Akademik Arif Paşayev Cahangir Əsgərovu təltif etdi - Foto

Azərbaycan Mühəndislik Akademiyasının prezidenti və Milli Aviasiya Akademiyasının rektoru, Kosmos Şurasının sədri, akademik Arif Paşayevin rəhbərliyi ilə Azərbaycan Mühəndislik Akademiyası və Milli Aviasiya Akademiyası “Azərkosmos: Bu günü və perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib. Azinforum.az-ın məlumatına görə, mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədov Azərtac-a bildirib ki, “dəyirmi masa”da akademiyanın üzvləri, alimlər, mütəxəssislər iştirak ediblər. Yekunda ölkənin mülki hava nəqliyyatında göstərdiyi xidmətlərinə görə “Azərbaycan Hava Yolları” QSC – nin prezidenti, Mühəndislik Akademiyasının həqiqi üzvü Cahangir Əsgərov Akademiyanın “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub. Akademik Roald Saqdeyev ölkədə kosmik sahədə faydalı əməkdaşlığına, Azərbaycan ilə ABŞ arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsində və inkişafındakı xidmətlərinə görə akademiyanın “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol