Sosial şəbəkədə biz:

ABŞ-dan növbəti Mosul qətliamı: 200 ölü

23 March 2017, 20:14
Gündəm
ABŞ-a məxsus qırıcıların İraqın Mosul şəhərinə aviazərbələr endirməsi nəticəsində 200-ə yaxın şəxs ölüb. Axar.az İHA-ya istinadən xəbər verir ki, ölənlər arasında dinc sakinlər də olub. Kürdlərə yaxınlığı ilə seçilən “Rudav” agentliyinin yaydığı məlumatda isə, ölənlərin 200-dən çox olduğu vurğulanıb: “Həyata keçirilən əməliyyatlar nəticəsində evin damında gizlənən 130 nəfər həlak olub. Bundan əlavə, iki evin hədəf alınması nəticəsində də 100 nəfər həlak olub”. Qeyd edək ki, 2 gün öncə də ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri dinc sakinləri bombalamışdı.