Sığorta şirkətləri aqrar sığorta sahəsində fəaliyyətə görə zərərdədir
Azərbaycanda aqrar sığorta növləri üzrə ödənişlər yığımları üstələyir.
Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-fevral aylarında şirkətlər kənd təsərrüfatı bitkilərinin sığortalanmasına görə 8 446 manat sığorta haqqı toplayıblar. Bu sığorta növü üzrə ödəmişlər isə təxminən 28 dəfə çox – 236 202 manat olub.
Bundan başqa, 2 ay ərzində kənd təsərrüfatı heyvanlarının sığortaladıqlarına görə cəmi 600 manat sığorta haqqı toplayan şirkətlər bundan 12,4 dəfə çox – 7 460 manat ödəniş verməli olublar.