Sosial şəbəkədə biz:

Tunisdə fövqəladə rejim elan olundu

Tunisdə 1 həftə əvvəl Sus şəhərində çimərlikdə 38 turistin öldürülməsi ilə nəticələnən terror aktı ilə əlaqədar hökumət ölkədə fövqəladə rejim elan edib. ANS PRESS-in məlumatına görə, fövqəladə rejim ölkə rəhbərliyi, hərbi qüvvələr və polisə şübhəli şəxslərə qarşı müdaxilə etmək üçün daha çox səlahiyyət verir. Euronews xəbər verir ki, Yeni təlimatlara əsasən, ölkənin bütün çimərliklərində hərbi qüvvələrin sayı artırılıb. Ölkə prezidenti Beci Kaid əs-Səbsi bildirib ki, turistlərə qarşı əgər bu cür hücumlar təkrarlanarsa, ölkə dağıla bilər. Hadisə zamanı ölən 38 nəfərdən 30-u Böyük Britaniya vətəndaşıdır. Ötən gün sonuncu turistin də meyiti ölkəsinə əhvil verilib. Hücuma görə İŞİD silahlı qruplaşması məsuliyyəti öz üzərinə götürmüşdü.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol