Sosial şəbəkədə biz:

Türkiyədə daha bir referendum keçirilə bilər

26 March 2017, 12:14
Gündəm
"Türkiyənin Avropa İttifaqına daxil olmasının məqsədəyönlü olub-olmaması barədə referendum keçirilə bilər". Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib. O, ölkənin Avropa İttifaqına daxil olmasının məqsədəyönlü olub-olmaması barədə referendum keçirilə biləcəyini istisna etməyib. "16 aprel referendumundan sonra biz Avropa İttifaqına daxil olmaqla bağlı danışıqların davam etdirilib-etdirilməməsi barədə referendum keçirə bilərik" — Ərdoğan bəyan edib. Qeyd edək ki, Türkiyə və Avropa İttifaqı arasında münasibətlər Almaniya və Hollandiya rəsmilərinin türkiyəli nazirlərin referendum öncəsi bu ölkələrdəki türklər qarşısında çıxış etməyə imkan verməmələrindən sonra gərginləşib.