Sosial şəbəkədə biz:

Süpürgəçi qadının faciəvi ölümü - Yük maşını vurdu

26 March 2017, 14:38
Gündəm
Bu gün səhər saatlarında Masallıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. " Azinforum.az " "Report"a istinadən xəbər verir ki, əslən Şuşa rayonundan olan, Masallı şəhərində məskunlaşan 1977-ci il təvəllüdlü Cavadova Vəsilə Heydər qızı Masallı rayonu İsgəndərli-Ərkivan istiqamətində yolda təmizlik işləri görərkən avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində C.Vəsilə hadisə yerində keçinib. Faktla bağlı Masallı rayon Polis şöbəsində araşdırma aparılır. *** Masallı rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, süöürgəçi qadını saat 05 radələrində Masallı rayonunda "QazEl" markalı yük maşınının vurub. O, Şuşa rayonundan məcburi köçkün, 1977-ci il təvəllüdlü Cavadova Vəsilə Heydər qızı olub. Sübh saatlarında yolda təmizlik işləri apararkən yük maşınının altında qalıb. Bildirilir ki, hadisə vaxtı yolda qatı duman olub.