Sosial şəbəkədə biz:

Müdafiə nazirinin cangüdənləri son model avtomat silahla təmin edildi – FOTOLAR

26 March 2017, 22:49
Gündəm
Türkiyənin müdafiə naziri Fikri İşıq cangüdənlərini yerli istehsal olan MPT-55 markalı avtomat silahlarla təmin edib. Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Müdafiə nazirinin təlimatıyla yaxınlarda kütləvi istehsala başlanacaq yeni silahın bir çox üstünlükləri var: "Son model yerli silahla təmin edilən cangüdənlər bundan sonra Fikri İşıqın təhlükəsizliyini daha etibarlı qoruyacaq". Xatırladaq ki, NATO standartlarına uyğun olaraq istehsal olunan MPT-55-lər 3.2 kq ağırlığındadır. Dəqiqədə 850 güllə atır, 400 metr məsafəni dəqiq vurur. Yeni silaha hər cür optik cihaz taxmaq mümkündür. Bundan başqa, MPT-55 avtomatik silah sərt soyuq və isti havada, eyni zamanda, qum, su, palçığın altında kilidlənmir, dəqiq hədəfləri vura bilir.