Sosial şəbəkədə biz:

Qadın zorakılığına qarşı "penisli kreslo "aksiyası keçirildi - VİDEO

27 March 2017, 10:10
Gündəm
Meksikada qadınların nəqliyyat vasitələrində hər gün yaşadığı təcavüzlərə diqqət çəkmək üçün maraqlı bir aksiya həyata keçirilib.
Metro qatarlarında yalnız kişilər üçün bir kreslo quraşdırılıb. Kresloda çılpaq sinə və penisdən ibarət bir kişi imici quraşdırılıb.
Moderator.az xəbər verir ki, bu sosial təcrübə, kişilərin nəqliyyat vasitələrində təcavüzə məruz qalan qadınların nə hiss etdiklərini bilmələri üçün həyata keçirilib. Sosial şəbəkələrdə xeyli səs - küyə səbəbəb olan bu aksiyada videodan göründüyü kimi, kişi sərnişinləri həddindən artıq narahat olub.
Kreslonun üstündə "kişilərə məxsus" yazısıyla bərabər belə bir xəbərdarlıq olunub: "Burada oturmaq xoş deyil, lakin az da olsa qadınların hər gün yaşadığı cinsi zorakılıqla müqayisə edilə bilər".
Video bu mesajla sona çatır: "Meksikadaki 10 qadından 9-u bir növ cinsi zorakılığın qurbanıdır".
Sözügedən videonu oxuculara təqdim edirik.