Sosial şəbəkədə biz:

Azərbaycanda deputatın qızının evində oğurluq – Külli miqdarda qızıl və zinət əşyaları aparıldı

27 March 2017, 16:16
Gündəm
Milli Məclisinin deputatı Tahir Süleymanovun qızının evində oğurluq hadisəsi olub. Avropa.info-nun əldə etdiyi məlumata görə, naməlum şəxslər deputat Tahir Süleymanovun qızının Şabran şəhərində yerləşən evini qarət ediblər. Oğruların evdən külli miqdarda qızıl və müxtəlif növ zinət əşyaları apardığı bildirilir. Əməkdaşımız məsələ ilə bağlı Tahir Süleymanovdan münasibət öyrənmək üçün ona dəfələrlə zəng etsə də telefonun dəstəyini qaldıran olmayıb. Qeyd edək ki, Tahir Süleymanovun bir qız övladı var və o Şabran xəstəxanasında həkim işləyir.