Sosial şəbəkədə biz:

İlham Əliyev DTX-nın 4 əməkdaşına general rütbəsi verdi

27 March 2017, 19:44
Gündəm
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Virtualaz.org-un məlumatına görə, polkovnik Rauf Rafiq oğlu Xələfov, polkovnik İlqar Əli oğlu Musayev, polkovnik Sahib Novruz oğlu Nağıyev və polkovnik Asif Mustafa oğlu Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif edilib: 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə: Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə: Ələkbərov Fazil Nəriman oğlu - general-mayor Fərzəliyev Sultan Cavanşir oğlu - polkovnik Usubov Mütəllim Məhiş oğlu - polkovnik «Vətən uğrunda» medalı ilə: Ağayev Ramil Ağami oğlu - mayor Cəfərov Şəhruz Cəlaləddin oğlu - kapitan Səfərov Fuad Vaqif oğlu - polkovnik Süleymanov Elşən Müzəffər oğlu - mayor «İgidliyə görə» medalı ilə: Əlizadə Xəqani Sücayət oğlu - kiçik çavuş Fərzəliyev Muradxan Arif oğlu - kapitan Rəsulov Ramin Qabil oğlu - mayor Yusifzadə Emin Elxan oğlu - kapitan «Hərbi xidmətlərə görə» medalı ilə: Bağırov Elnur Bəxtiyar oğlu - mayor Bayramlı Elbrus Binəli oğlu - ədliyyə polkovnik-leytenantı Həmzəyev Rəşad Firidun oğlu - polkovnik Qasımov Səbuhi Vaqif oğlu - mayor Məmmədov Madar İbrahim oğlu - kapitan Məsimov Nazim Abbas oğlu – kapitan Musayev Mehman Fikrət oğlu - polkovnik Paşayev Elnur Elman oğlu - kapitan.